Daha bir ölkə Ukraynaya pilotsuz təyyarələr verəcək

Dünya

19.10.2024 12:40

2533

Niderland Ukraynanı 42,6 milyon avro dəyərində pilotsuz təyyarələrlə təmin etmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bunu Niderlandın müdafiə departamentinin rəhbəri Ruben Brekelmansı deyib. 

"Ukraynanın hazırda müasir pilotsuz təyyarələrə ehtiyacı var. Buna görə də Niderlandın “DeltaQuad” şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat aparatları ilə təmin edəcək".

Brekelmans bildirib ki, bu, pilotsuz uçuş planımızın ilk konkret icrasıdır. Təhlükəsizlik baxımından Niderland tərəfi tədarük edilən dronların sayını açıqlamayıb.

Xatırladaq ki, Niderland oktyabrın əvvəlində Ukrayna üçün pilotsuz uçuş aparatının fəaliyyət planı üçün 400 milyon avro ayırdığını açıqlayıb. Bu çərçivədə iki ölkə müasir dronları birgə inkişaf etdirəcək və uğurlu prototiplərin istehsalını sürətləndirəcək.

Töhfə Səməd

tag: Niderland, Ukrayna, Brekelmans, DeltaQuad, Kəşfiyyat, todaypress.az,