Daha bir ölkə suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı

Dünya

10.12.2024 11:50

Xorvatiya hakimiyyəti Avropa İttifaqı (Aİ) səviyyəsində vahid qərar qəbul edilənə qədər Suriya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə baxılmasını dayandırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Davor Bozinoviç deyib.

“Daxili İşlər Nazirliyi səlahiyyətli xidmətlərinə göstəriş verib ki, biz hazırda Aİ səviyyəsində qərar qəbul edilənə qədər Suriya vətəndaşları üçün sığınacaq tələblərini müvəqqəti dayandırırıq. Ümid edirik ki, Suriyadakı vəziyyət tez bir zamanda normala qayıtsın. Suriyalıların öz ölkələrinə qayıtması hər kəsin maraqlarına cavab verərdi” deyə Xorvatiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti Bozinoviçdən sitat gətirib.

Bundan əvvəl Avstriya, Almaniya, Danimarka, Norveç, İsveç, Finlandiya və Kipr suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdıqlarını bildirmişdilər. 

Töhfə Səməd

tag: Suriya ,Sığınacaq, Dayandırmaq ,Xorvatiya, todaypress.az,