Daha bir ölkə BRICS-ə qoşulmaq istəyir

Dünya

24.09.2024 12:51

Burkina Faso dünya səhnəsində dollar və avronun hökmranlığına qarşı mübarizə aparmaq üçün BRICS dövlətlərarası assosiasiyasına qoşulmaq istəyir. 

TodayPress xəbər verir ki, bunu ölkənin baş naziri Apolliner Yoahim Kjelem de Tambela deyib.

O, Rusiyanın bu ölkədəki səfiri İqor Martınovla görüşündə Burkina Fasonun dollar və avronun hökmranlığına qarşı mübarizə aparmaq və dünya miqyasında daha ədalətli ticarət əlaqələrinə nail olmaq üçün BRICS-ə qoşulmaq arzusunu ifadə edib.

Töhfə Səməd

tag: BRICS ,Burkina, Apolliner Yoahim ,Rusiya ,İqor Martınov, todaypress.az,