Daha bir ölkə BRİCS-də iştirak edəcək

Dünya

29.09.2024 09:31

Qvineya-Bisau xarici işlər naziri Karlos Pereyra ölkənin BRİCS sammitində iştirak edəcəyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Qərbi Afrika ölkəsinin dəvət alıb-almaması ilə bağlı suala Karlos Pereyra müsbət cavab verib. 

Eyni zamanda, Pereyra iştirak səviyyəsinin hələ müəyyən edilmədiyini qeyd edib.

O, BRİCS ilə əməkdaşlığın Qvineya-Bisauya iqtisadi problemlərini həll etmək üçün kömək edə biləcəyini qeyd edib.

Qeyd edək ki, dövlətlərarası assosiasiya tədbiri 22-24 oktyabr 2024-cü il tarixlərində Kazanda baş tutacaq . 

Günəş Mərd 

tag: BRİCS,Sammit,Kazan,Qvineya-Bisau,Todaypress.az,