Daha bir ölkə başçısının həbsinə order veriləcək
Dünya
28.11.2024 11:18
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan hakimlərdən Myanma hərbi xuntasının lideri Min Aunq Hlainqin ölkə daxilində qiyamla mübarizə apararkən Rohinca müsəlman azlığına qarşı törətdiyi “insanlığa qarşı cinayətlər”ə görə həbsə order verilməsini istəyib.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
“Bu yolla biz bütün tərəfdaşlarımızla birlikdə Rohincaların unudulmadığını nümayiş etdirəcəyik. Dünyadakı bütün insanlar kimi, onların da qanunla qorunmaq hüququ var” deyə Xan Myanma hərbçiləri tərəfindən etnik təmizləməyə görə həbsə order almaq niyyətindən danışıb.
Onun sözlərinə görə, ICC onun xunta başçısının yaxın ətrafı üçün əlavə həbs orderlərinin verilməsi ilə bağlı müraciətinə də baxacaq.
Bundan əvvəl Myanmanın Birlik Həmrəylik və İnkişaf Partiyasının (USDP) sədri Xin Yi Rusiyadan “terrorla mübarizədə” kömək istəyib. Dövlətin ən böyük partiyasının rəhbərinin sözlərinə görə, Myanmada baş verənlər daxili “siyasi çəkişmələr” deyil, məhz terror kimi qəbul edilməlidir.
Xatırladaq ki, 2021-ci ilin fevralında Myanmada hərbçilər hakimiyyətə gəlib, çevriliş etdilər. Nəticədə Myanma prezidenti Vin Myinti, həmçinin Demokratiya Uğrunda Milli Liqa (NLD) partiyasının rəhbəri Aunq San Su həbs olundu.
Töhfə Səməd
tag: Myanmada, Hakimiyyət, USDP, Min Aunq Hlainq, Həbs, todaypress.az,