Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Dünya
12.09.2024 03:45
Rusiya-Ukrayna
müharibəsində iştirak edən daha bir azərbaycanlı həlak olub.
TodayPress-in məlumatına görə, Rusiya tərəfində
döyüşən 1971-ci il təvəllüdlü Lənkəran rayon Sutamurdov kənd
sakini Paşayev Ramiz Paşa oğlu ağır döyüşlərdən birində həlak
olub və onun meyiti döyüş meydanında qalıb. Stavropol vilayəti Azərbaycan
diasporu fəallarının təşəbbüsü ilə meyit döyüş meydanından çıxarılıb və dəfn
olunması üçün Azərbaycana göndərilməsi təmin olunub.
tag: Rusiya, Ukrayna, Azərbaycan,Müharibə, Ramiz Paşayev,