Daha bir aviaşirkət Tel-Əvivə uçuşları dayandırdı

Dünya

16.10.2024 15:15

1223

“Delta Air Lines” Nyu-Yorkdan Təl-Əvivə uçuşların dayandırılmasını 31 mart 2025-ci ilə qədər uzadıb.

TodayPress xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunub ki, müddətin uzadılmasına səbəb Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar olub. Müvafiq reyslərə bilet almış müştərilər “Fly Delta” mobil tətbiqi vasitəsilə bildirişlər alacaqlar. Ləğv edilmiş reyslərə bilet almış sərnişinlər də əlavə ödəniş etmədən rezervasiyalarında dəyişiklik edə və ya ödədikləri pulu geri ala biləcəklər. 

“Delta” regionda təhlükəsizlik vəziyyətinin dinamikasını mütəmadi olaraq izlədiyini vurğulayaraq, müştərilərə uçuş cədvəlində əlavə dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ötən ilin oktyabr ayından etibarən bir çox şirkət İsrailə uçuşları ləğv etmək qərarına gəlib. 

Töhfə Səməd

tag: İsrail ,Uçuşlar ,Təl-Əviv ,Nyu-York ,Delta Air Lines ,todaypress.az,