Daha bir Aİ ölkəsi Rusiya qazının idxalını məhdudlaşdırmaq istəyir

Dünya

23.12.2024 18:45

Finlandiya qaz idxalına müvəqqəti məhdudiyyətlər qoyan qanun layihəsi hazırlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” Avropa İttifaqının (Aİ) bu ölkəsinin İqtisadiyyat və Məşğulluq Nazirliyinə istinadən məlumat yayıb.

Departamentin mesajına görə, qanun layihəsi qəbul olunarsa, Finlandiya qaz şəbəkəsində Rusiya və ya Belarusdan gələn təbii qaz və maye qazın verilməsini məhdudlaşdırmağa imkan verəcək.

Noyabrın sonunda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Rusiya-Finlandiya ticarət həcmi 31 faiz azalaraq 960,6 milyon avroya düşüb. Rusiya mallarının idxalı dörddəbir, ixrac isə 1,7 dəfə azalıb.

Töhfə Səməd

tag: Finlandiya ,Qaz,İdxal,Aİ,Rusiya ,Belarus,todaypress.az,