Daha 5 terrorçu öldürüldü
Dünya
25.01.2025 14:36
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında beş PKK/YPK terrorçusunu öldürüb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İraqın şimalındakı Haftanin bölgəsində iki, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində isə üç terrorçu müəyyən edilərək öldürülüb.
Məlumatda terrorçulara qarşı əməliyyatın fasiləsiz davam etdiriləcəyi vurğulanıb.
tag: Suriya,PKK,Terrorçu,Məlumat,Müdafiə,Todaypress.az,