Dağıstanda terror törədən şəxslərin vilayət başçısının oğulları olduğu məlum oldu
Dünya
24.06.2024 08:10
Dağıstanın paytaxtı Mahaçqalada təhlükəsizlik qüvvələri ilə toqquşan silahlıların Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğulları olduğu üzə çıxıb.
TodayPress xəbər verir ki, Osman və Adil Ömərovlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olublar.
Rusiya Milli Antiterror Komitəsi (MTK) Mahaçqalada üç hücumçunun məhv edildiyini, ikisinin Dərbənddə zərərsizləşdirildiyini təsdiqləyib.
Həmçinin Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi Mahaçqalada dörd terrorçunun məhv edilməsi barədə məlumat yayıb .
“İnterfaks”ın hüquq-mühafizə orqanlarındakı mənbəsi dəqiqləşdirib ki, Mahaçqalada məhv edilən dörd yaraqlıdan üçünün şəxsiyyəti müəyyən edilib. Onların Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğulları olduğu bildirilib.
GÜNEL
tag: Dağıstan, Terror, Mahaçqala, Daxili İşlər Nazirliyi, todaypress.az,