Dağıstanda terror aktı törətmək istəyən 12 nəfər saxlanıldı
Dünya
08.12.2024 00:15
Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli hücrənin 12 üzvünü saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, FTX-nin Dağıstan Respublikası üzrə idarəsinin əməkdaşlarının Dağıstanın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada fəaliyyəti qadağan edilmiş terror təşkilatının gizli hücrəsinin iri terror aktı törətməyi planlaşdıran 12 üzvü saxlanılıb.
tag: Rusiya, Dağıstan, Təhlükəsizlik, Terror, todaypress.az,