Dağıstanda sərnişin daşıyan mikroavtobus aşdı - FOTO
Dağıstanda "Qazel" markalı mikroavtobus aşıb.
TodayPress xəbər verir ki, “RİA” bu barədə özünün “Telegram” kanalında regionun Fövqəladə Hallar Nazirliyinin baş idarəsinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfərin yaralandığı qeyd edilir, ölənlər haqqında hələ ki, məlumat yoxdur.
Təqdim olunan kadrlarda yolun yaxınlığında zədələnmiş avtomobil və hadisə yerində işləyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları görünür.
Töhfə Səməd
tag: Dağıstan, Qəza, FHN, Zədə, Hadisə, todaypress.az,
