Dağıstanda niqab qadağan edildi

Dünya

03.07.2024 10:40

1084

Dağıstanda niqab taxmaq müvəqqəti qadağan edilib. 

TodayPress xəbər verir ki, bunu Dağıstan Müftisinin müavini Abdulla Səlimov deyib.

Onun sözlərinə görə, bu qərar Respublikanın Dinlər üzrə Milli Siyasət nazirliyinin müraciəti əsasında verilib. 

A.Səlimov niqabın müvəqqəti qadağan olunmasının səbəbini Dağıstan əhalisinin təhlükəsizliyinə təhdidlərin olması ilə əlaqələndirib. 

Günəş Mərd

tag: Dağıstan, Niqab, Qadağa, Abdulla Səlimov, Müvəqqəti, todaypress.az,