Dağıstanda 3 günlük matəm elan edildi
Dünya
24.06.2024 08:39
Dövlət rəsmiləri Dağıstanda üç günlük matəm elan edildiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Melikov özünün “Telegram” kanalında məlumat verib.
O, həmçinin yaraqlıların hücumu zamanı həlak olan və yaralananların ailələrinə maddi yardım ediləcəyini bildirib. Ödənişlər həm polis əməkdaşlarına, həm də mülki şəxslərə veriləcək.
Qeyd edək ki, terrorla mübarizə əməliyyatı zamanı 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb.
GÜNEL
tag: Dağıstan, Sergey Melikov, Respublika, Əməliyyat, todaypress.az,