Dağıstana PUA hücumu edildi
Rusiya hava hücumundan müdafiə sistemləri Dağıstan Respublikasında yerləşən Kaspiysk şəhəri üzərində səmada pilotsuz uçan aparatı məhv edib.
TodayPress xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Məlikov özünün “Telegram” kanalında yazıb.
O, bildirib ki, hazırda regionda operativ qərargah fəaliyyət göstərir. Müvafiq xidmətlərin əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Eyni zamanda, Respublika rəhbəri yerli sakinləri yoxlanılmamış mənbələrdən gələn məlumatlara etibar etməməyə çağırıb.
Bundan başqa vətəndaşlara hadisə yerindən video və fotoları sosial şəbəkələrdə yerləşdirməkdən çəkinməyin vacibliyini xatırladıb.
Günəş Mərd
tag: PUA, Pilot, Sergey Məlikov, Respublika, Sakinlər, todaypress.az,