D-8 Qəzza ilə bağlı bəyanat qəbul etdi

Dünya

08.06.2024 19:02

“Qəzzada dərhal, daimi və qeyd-şərtsiz atəşkəs və İsrailin Qəzzada Fələstin xalqına qarşı hücumlarına son qoyulmasını tələb edirik. Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə və Fələstinin mübarizəsinə D-8 üzv dövlətlərinin sarsılmaz dəstəyini ifadə edirik”.

TodayPress xəbər verir ki, bu barədə D-8 üzvlərinin birgə bəyanatında bildirib.

Bəyanatda həmçinin BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar yardımları təmin etməli olduğu qeyd olunub: “Biz BMT Təhlükəsizlik Şurasının 2720 (2023) saylı qətnaməsinə uyğun olaraq humanitar yardımın təhlükəsiz və maneəsiz çatdırılmasını və bu məqsədlə Qəzzada BMT mexanizminin yaradılmasını tələb edirik”.

Bəyannamədə bütün mümkün sərhəd keçidlərinin açılması, qida, dərman və yanacaq daşıyan beynəlxalq humanitar yardım karvanlarının heç bir maneə olmadan Qəzza zolağına daxil olmasına icazə verilməsinə çağırış edilib.

Günəş Mərd

tag: D-8, BMT,Qəzza, Fələstin, todaypress.az,