“Crocus”da terror törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddəti uzadıldı

Dünya

19.11.2024 20:44

2854

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Dalerjon Mirzoyev, Saidakram Raçabalizod, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 fevral 2025-ci il tarixinədək uzadılsın” məhkəmənin qərarında bildirilib.

Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti noyabrın 22-dək uzadılmışdı.

tag: Moskva, Basmanı, Crocus, Terror, Məhkəmə, todaypress.az,