“Crocus”da terror aktı ilə bağlı 27 nəfər ittiham olunur

Dünya

15.01.2025 03:23

“Crocus City Hall”da törədilən terror hadisəsinə görə 27 nəfər ittiham edilib.

 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məlumat verib.

O, bildirib ki, terrorun təşkili, hazırlanması və maliyyələşdirilməsində əli ola biləcək digər şəxslərlə bağlı istintaq davam edir.


Daha əvvəl Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.

"Dalerjon Mirzoyev, Saidakram Raçabalizod, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 fevral 2025-ci il tarixinədək uzadılsın", - məhkəmənin qərarında bildirilib.

Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti noyabrın 22-dək uzadılmışdı.

Aynur TAC

tag: Rusiya, Terror, Crocus City Hall,İstintaq, todaypress.az,