Cozep Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdü
Dünya
26.07.2024 22:29
Avropa İttifaqının xarici
siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Çinin
xarici işlər naziri Vanq Yi ilə görüşüb.
TodayPress Aİ-nin
xarici fəaliyyət xidmətinin ofisinə istinadən xəbər verir ki, görüş Laosun
paytaxtı Vyentyanda keçirilən ASEAN Regional Forumu çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər Aİ-Çin
münasibətlərini müzakirə ediblər. Aİ-nin ali nümayəndəsi bildirib ki, Aİ və Çin
öz narahatlıqlarını etiraf etməlidir.
"Borrell bildirib ki, bu
narahtlıqlar sırasında ilk növbədə Çinin Rusiyanın Ukraynaya qarşı apardığı
işğalçılıq müharibəsinə dəstəyidir ki, bu da Aİ-Çin münasibətlərinə mənfi təsir
göstərir.
Avropa İttifaqının top
diplomatı Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropa üçün ekzistensial təhlükə
hesab edilməsinin səbəbini izah edib. Borrell dialoq zamanı Çinin böyük
miqdarda ikili təyinatlı mal və əşyalar ixrac etməsini Rusiyada hərbi
texnikanın istehsalına dəstək olduğunu deyib.
Aİ-nin ali nümayəndəsi Çindən
müharibənin sona çatmasına töhfə vermək üçün bu ölkənin Rusiyaya təsirindən
istifadə etməyi istəyib. O, həmçinin Çindən Ukrayna sülh prosesinə dəstək verməsini
istəyib və təəssüflə xatırladıb ki, 2024-cü ilin mayında Çinin Braziliya ilə
birgə bəyanatı bu prosesə töhfə vermək istiqamətində olmayıb" deyə Aİ-nin
xarici fəaliyyət xidməti bildirib.
Qeyd olunub ki, görüşdə tərəflər
həmçinin Tayvan məsələsinə də toxunublar. "Tayvanla bağlı ali nümayəndə
Cozep Borrell Aİ-nin mövqeyinin dəyişmədiyini təkrarlayıb və əlavə edib ki, Aİ
Çin Xalq Respublikası hökumətini Çinin yeganə qanuni hökuməti kimi tanıyan
“Vahid Çin” siyasətinə sadiqdir. "Biz Tayvanı diplomatik səviyyədə
tanınmadan bir çox sahələrdə Tayvan ilə sıx əməkdaşlıq edirik".
Aİ-nin xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə ali nümayəndəsi Yaxın Şərqlə də bağlı danışıb və o, Çin XİN rəhbərindən
keçən həftə Pekində keçirilən Fələstin fraksiyalarının görüşünün nəticəsini də
soruşub.
Borrell qeyd edib ki, Fələstin fraksiyaları arasında parçalanma Fələstin xalqına ziyan vurub, o bu parçalanmanın aradan qaldırılması üçün göstərilən səylərə dəstəyini ifadə edib. (apa.az)
tag: Borrell, Çin, Vanq Yi, ASEAN,todaypress.az,