Cozef Bayden koronavirusa yoluxdu
ABŞ prezidenti Cozef Bayden koronavirusa yoluxub.
TodayPress “Ria Novosty”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Las Veqasda keçirilən tədbirdən sonra Prezident Cozef Baydenin COVİD-19 testi müsbət çıxdı” deyə Ağ Evin sözçüsü bildirib.
Delaverdəki iqamətgahında karantina alınan prezident vəzifələrini buradan icra edəcək. Bundan başqa, onun bütün səfərləri təxirə salınıb.
Hazırda Baydenin müalicəsinə başlanılıb. Xəstəliyi yüngül simptomlarla keçirdiyi bildirilib.
Xatırladaq ki, ABŞ prezidenti bundan öncə də, 2022-ci ildə iki dəfə koronavirusa yoluxub.
Töhfə Səməd
tag: ABŞ, Prezident, Bayden, Las-Veqas, Ağ Ev, todaypress.az,