COVID-19-dan sağalanların diqqətinə! Təhlükəli xəstəliyə yoluxma riskiniz var
Dünya
18.07.2024 13:20
COVID-19 pandemiyası bir çox insanların sağlamlığında problemlərin yaranmasına səbəb oldu. Peyvəndin virusun qarşısını almasına baxmayaraq, insanlarda bir sıra xəstəliklərin inkişafına təkan verdi.
TodayPress xəbər verir ki, İsveçin "Svenska Dagbladet" nəşri COVID-19-un sağlamlığa təsiri ilə bağlı yeni məlumatlar paylaşıb.
Bildirilib ki, koronavirusdan sonra əksər insanlarda yeni astma xəstəliyi yaranıb. Hazırda İsveçin 10 milyon əhalisindən 30 min nəfəri nəfəs darlığı və digər tənəffüs problemləri kimi simptomlardan əziyyət çəkir.
Cənubi Koreyada aparılan araşdırma da analoji nəticə verib. COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən və müalicəsi tamamlandıqdan sonra evə buraxılan bir çox uşaqlarda astmaya bənzər simptomlar müşahidə edilib. Ortayaşlı insanlarda isə kiçik fiziki fəaliyyət belə nəfəs darlığı yaradıb. Həkimlərin sözlərinə görə, bu da bir müddət sonra astmaya gətirib çıxarır.
Qeyd edək ki, astma allergik və ya qeyri-allergik ola bilər. Allergik astma allergenlərə (toz, heyvan tükü və s.) qarşı yaranır; qeyri-allergik astma isə infeksiyalar, stress nəticəsində inkişaf edir. COVID-19 həm allergik, həm də qeyri-allergik astmanın inkişafına təkan verə bilər.
Günəş Mərd
tag: COVID 19, Pandemiya, Allergik, Astma, İnsanlar, Cənubi Koreya, todaypress.az,