Corc Buş prezidentliyə namizədləri ələ saldı
Dünya
20.07.2024 09:20
ABŞ-nin keçmiş prezidenti Corc Buş prezidentliyə namizəd Cozef Bayden və Donald Trampın ələ salıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Donald Trampla həmyaşıd olan 78 yaşlı Buş, çıxışında həm Trampın, həm də 81 yaşlı Baydenin bu iş üçün çox qocaldığını bildirib.
"Mən hər iki namizəddən daha gəncəm" deyə Buş vurğulayıb.
Qeyd edək ki, Buş 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürən Trampı dəstəkləmədiyini bildirib.
Günəş Mərd
tag: Corc Buş, ABŞ, Prezident, Bayden, Tramp, Namizəd, todaypress.az,