Conson Qərbi ittiham etdi

Dünya

29.11.2024 09:01

"Qərb Rusiya ilə "proksi" müharibəsində iştirak edir, ona qarşı yanlış əllərlə mübarizə aparır". 

TodayPress xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib. 

“Biz başqasının əli ilə müharibə aparırıq, amma onlara da öz işlərini görmək imkanı vermirik” deyə o, qeyd edib. 

Siyasətçinin fikrincə, Britaniya Kiyevin düşdüyü vəziyyətə görə məsuliyyət daşıyır.   

Günəş Mərd

tag: Conson,Britaniya,Qərb,İttiham,Todaypress.az,