Conson Kiyevə Rusiyanı vurmaq üçün icazə verilməsi istədi
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
Conson qeyd edib ki, prosesin gecikdirilməsi üçün heç bir ciddi səbəb yoxdur.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi NATO-nun münaqişəyə birbaşa cəlb olunması kimi qiymətləndiriləcək.
Günəş Mərd
tag: Boris Conson,Kiyev,Rusiya,Silah,Qərb,Todaypress.az,