"Commerzbank" minlərlə işçini ixtisar edəcək

Dünya

19.01.2025 18:25

Almaniyanın aparıcı banklarından biri olan "Commerzbank"  İtaliyanın "UniCredit" maliyyə qrupu tərəfindən təhvil alınarsa, işçilərinin üçdə ikisi işdən çıxarılacaq. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə maliyyə qurumunun direktorlar şurasının sədri Uve Çeqe bildirib.  

Onun sözlərinə görə, bank italyan şirkəti "UniCredit" tərəfindən satın alınmaqla hədələnir.  "Commerzbank" bununla razılaşmaq istəmir. 

Qeyd edək ki,  "UniCredit" qrupu "Commerzbank"dakı payını demək olar ki, 28%-ə qədər artırıb. 

"Commerzbank" rəhbərliyi alman siyasətçiləri, o cümlədən kansler Olaf Şolts ilə məsələni müzakirə edib.  

Bildirək ki, Almaniya hökumət rəsmiləri "UniCredit"i Almaniya bankındakı payını artırmaq üçün atdığı son addımlara görə mütəmadi olaraq tənqid edir. 

Nicat Osman

tag: Bank,Faiz,Səhm,Kredit,Todaypress.az,