"Coca-Cola" Trampın qərarından yararlandı
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət rüsumları "Coca-Cola" şirkətinin rəqibi "Pepsi" üzərində üstünlük qazanmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Belə ki, "Coca-Cola"nın əsas istehsalı ABŞ-də həyata keçirilir.
Lakin "Pepsi" öz içki konsentratlarının bir hissəsini İrlandiyada istehsal edir.
ABŞ hökuməti İrlandiyadan gələn məhsullara 20% əlavə rüsum tətbiq etdiyinə görə, Pepsi məhsulları baha başa gəlir.
Bu da "Coca-Cola"nın qiymət baxımından üstünlük qazanmasına səbəb olur.
Tramp bu rüsumları 185 ölkədən gətirilən mallara tətbiq edib.
Sonradan 75 ölkəyə 90 günlük istisna verilib, amma İrlandiya bu siyahıda olmayıb.
Türkan İsgəndərli
tag: Coca Cola,Tramp,Pepsi,Rüsum,Todaypress.az,