Co Bayden: “Trampın vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam"

Dünya

14.07.2024 04:02

1730

ABŞ Prezidenti Co Bayden şənbə günü Donald Trampın mitinqində keçmiş prezidentin yaralanmasına və ən azı bir iştirakçının, eləcə də silahlı şəxsin ölümünə səbəb olan sui-qəsd cəhdinə reaksiya bildirib.

TodayPress xəbər verir ki, Prezident bəyanatında bildirib:

“Mənə Pensilvaniyada Donald Trampın mitinqində baş verən atışma ilə bağlı məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm. Cill və mən onu təhlükəsiz yerə çatdırdığı üçün Gizli Xidmətə minnətdarıq. Amerikada bu cür zorakılığa yer yoxdur. Bunu pisləmək üçün bir millət kimi birləşməliyik”.

Ağ Ev Delaver ştatında jurnalistlərə bildirib ki, Baydenə gizli xidmət direktoru Kimberli Çitl, daxili təhlükəsizlik katibi Alejandro Mayorkas və daxili təhlükəsizlik üzrə müşaviri Liz Şervud-Randall məlumat verib.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Tramp, Bayden, Sui-qəsd, Pensilvaniya,