Co Bayden seçki kampnasiyasına Hollivud ulduzlarını cəlb etdi

Dünya

17.06.2024 10:00

Los-Ancelesdə prezident Co Baydenin seçki kampaniyası çərçivəsində xeyriyyə tədbiri keçirilib. dbirə bir neçə Hollivud ulduzu da dəvət olunub .

TodayPress xəbər verir ki, gecədə Robert De Niro, Corc Kluni, Cek Blek, aktrisalar Barbra Streisand və Culiya Roberts iştirak ediblər. Bundan əlavə, keçmiş ABŞ prezidenti Barak Obama da dəvətlilər siyahısında olub.

ABŞ-də ən yüksək vəzifəyə seçki debatlarının yarım əsrdən sonra ilk dəfə tamaşaçısız keçiriləcəyi bildirilib. Qərb mətbuatının yazdığına görə, iyunun 27-də Ağ Evin hazırkı rəhbəri Co Bayden və onun rəqibi Donald Tramp boş studiyada görüşəcək.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

GÜNEL

tag: Hollivud, Barak Obama, Co Bayden, Seçki kampaniyası, todaypress.az,