Co Bayden NATO-nun Baş katibini Prezidentin Azadlıq medalı ilə təltif etdi

Dünya

10.07.2024 03:00

ABŞ Prezidenti Co Bayden NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammitin açılışında çıxış edərkən səlahiyyət müddəti başa çatan baş katib Yens Stoltenberqi ABŞ-nin ən yüksək mülki mükafatı olan Prezident Azadlıq medalı ilə təltif edib.

TodayPress xəbər verir ki, keçmiş prezident Ronald Reyqandan sitat gətirən Bayden "Siz təhdid edilirsinizsə, biz də təhdid edilirik. Əgər siz dinc deyilsinizsə, biz də dinc deyilik" ifadələrini işlədərək Stoltenberqi səhnəyə çağırıb.

O bildirib ki, Stoltenberqi prezidentin verə biləcəyi ən ali mülki mükafat olan Prezidentin Azadlıq medalı ilə təltif edir.

Nəzrin Cavadzadə

tag: NATO, Azadlıq medalı, Bayden, Yens Stoltenberq, todaypress.az,