Co Bayden AK sədri ilə Ukraynaya yardımı və Rusiyaya qarşı tədbirləri müzakirə etdi

Dünya

20.07.2024 23:58

1532

ABŞ prezidenti Cozef Bayden Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə telefon danışığında Ukraynaya yardım məsələsini və Rusiyaya qarşı tədbirləri müzakirə edib.

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Onlar Ukraynaya dəstəyi və münaqişəyə görə Rusiyanı məsuliyyətə cəlb etmək səylərini müzakirə ediblər.

Tərəflər güclü ABŞ-Aİ münasibətlərinə və dünyanın ən böyük problemlərini həll etmək üçün birgə işləməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

tag: Avropa Komissiyası, ABŞ, Co Bayden, Ursula fon der Leyen, todaypress.az,