CNN: İsrailin İrana cavab planı hazırdır
ABŞ rəsmiləri hesab edirlər ki, İsrail noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İranın raket hücumuna cavab verəcək.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, İsrailin cavab planı artıq tam hazırdır.
Eyni zamanda İsarilin Baş naziri Benyamin Netanyahu Vaşinqtonu əmin edib ki, İrana hücum neft və ya nüvə obyektlərinə təsir etməyəcək.
Telekanalın mənbələrinə görə, ictimaiyyətin diqqətini Yaxın Şərqdə artan qeyri-sabitliyə cəlb etmək üçün ABŞ prezident seçkilərinə bir neçə gün qalmış bu plan həyata keçirilə bilər.
Günəş Mərd
tag: ABŞ ,Prezident,Seçki,İsrail,Netanyahu ,todaypress.az,