CNN: “ABŞ İsrailin müdafiəsini gücləndirir”
Dünya
30.09.2024 13:50
ABŞ prezidenti Cozef Baydenin administrasiyası “Hizbullah”ın lideri Həsən Nəsrullahın ölümündən sonra İranın İsrailə mümkün hücumundan narahatdır.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“İranın İsrailə mümkün hücumunun qarşısını almaq üçün birgə müdafiə tədbirlərinə, o cümlədən ABŞ hərbi qüvvələrinin yerləşdiyi yerin dəyişdirilməsinə hazırlıq gedir” deyə məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ hazırda İsrailin müdafiəsini gücləndirmək üçün rəsmi Təl-Əvivlə birgə aktiv fəaliyyətə başlayıb.
Günəş Mərd
tag: ABŞ, Bayden ,İran, İsrail ,Hizbullah, Həsən Nəsrullah, todaypress.az,