Çinin xaricdən qaz alışı artdı
Dünya
13.01.2025 20:15
2024-cü
ildə Çinin xaricdən qaz alışı 2023-cü illə müqayisədə 9,9% artıb, neft idxalı
isə 1,9% azalıb.
TodayPress xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında
bildirilib.
Məlumata görə, dekabrda Çin xaricdən 11,55 milyon ton
qaz (aylıq 7% artım) və 47,84 milyon ton neft (1,4% azalma) alıb. Dəyər
ifadəsində qaz və neft idxalı 5,9 milyard dollar (11,3 faiz çox) və 25,42
milyard dollar (3,2 faiz az) olub.
Qeyd
edək ki, Rusiya Çinə enerji resurslarının aparıcı ixracatçısıdır. 2023-cü ildə
Çin Rusiyadan 107 milyon ton neft və 8 milyon ton maye qaz alıb. Rusiya boru
kəməri qazının Sibirin gücü ilə Çinə nəqli isə 1,5 dəfə artıb.
Aynur TAC
tag: Çin, Qaz, Gömrük, Neft, İxrac, todaypress.az,