Çinin təyyarə və gəmiləri Tayvana yaxınlaşdı
Dünya
24.08.2024 12:20
Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Respublikasının (ÇXR) Xalq Azadlıq Ordusunun 38 təyyarəsi və 12 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.
TodayPress xəbər verir ki, bu barədə Tayvan müdafiə nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
32 ədəd "PLA" təyyarəsi Tayvan boğazının orta xəttini keçərək, daha sonra adanın şimal, mərkəzi, cənub-qərb, cənub-şərq və şərq hissələrində hava hücumundan müdafiə sistemlərinin tanınma zonasına daxil olub.
Buna cavab olaraq Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə edib.
Günəş
Mərd
tag: Tayvan,Çin,PLA,Təyyarə,Zenit,Raket,todaypress.az,