Çinin müdafiə naziri korrupsiyada şübhəli bilinir
Çinin müdafiə naziri Dong Jun korrupsiyada şübhəli bilinir.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Qeyd olunub ki, Çin hakimiyyəti Xalq Azadlıq Ordusunun (AXO) rəhbərliyinə təsir edən korrupsiya qalmaqalı ilə bağlı Donq Jun barəsində araşdırmalara başlayıb.
Bununla da o, korrupsiyada şübhəli bilinərək istintaqa cəlb edilən üçüncü nazirlik rəhbəri olub.
Xatırladaq ki, Jun 2023-cü ilin dekabrında Çin Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Çin Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib.
Günəş Mərd
tag: Çin, Hakimiyyət, Dong Jun, AXO, Korrupsiya, todaypress.az,