Çinin mini-təyyarə gəmisi peyk vasitəsilə göründü

Dünya

02.11.2024 15:40

920

Çin tərəfindən “Guangzhou Shipyard International”da inşa edilən mini-təyyarə gəmisi “Planet Labs” peykləri tərəfindən çəkilib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, təsvirlər qeyri-adi ölçüləri - uzunluğu təxminən 200 metr və eni 40 metr olması ilə medianın diqqətini çəkən gəminin tikintisinin son mərhələlərini göstərir. 

Məlumata əsasən adı çəkilən qurğu “Type 075” desant gəmilərindən kiçikdir. Ona görə də güman edilir ki, mini təyyarə gəmisi mülki təyyarələr üçün daşıyıcı kimi istifadə oluna bilər.

Töhfə Səməd

tag: Çin,Guangzhou Shipyard International,Planet Labs,Gəmi, Type 075, todaypress.az,