Çinin “körpü” siyasəti
Dünya
14.09.2024 10:24
Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Çen Xiyaodong bildirib ki, Çin sülh danışıqları naminə Ukraynadakı münaqişənin bütün tərəfləri ilə qarşılıqlı əlaqəni davam etdirəcək.
TodayPress xəbər verir ki, o, bu barədə Pekində keçirilən 11-ci Syanşan Təhlükəsizlik Forumu zamanı bildirib.
"Çin döyüşləri dayandırmaq və sülh danışıqları üçün körpü yaratmaq məqsədilə dərin qarşılıqlı əlaqəni bütün tərəflərlə davam etdirəcək" deyə o, qeyd edib.
Töhfə Səməd
tag: Çin, Çen Xiyaodong, Ukrayna ,Sülh, Pekin ,Danışıqlar, todaypress.az,