Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum etdi

Dünya

05.10.2024 10:43

ABŞ-nin bir sıra genişzolaqlı internet provayderləri Çin hakerlərinin genişmiqyaslı hücumuna məruz qalıb.

TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri mənbələrə istinadən yazıb.

Məlumata görə, hücum kəşfiyyat məlumatlarının toplanması, o cümlədən telefon danışıqlarının dinlənilməsi ilə bağlı sistemlərdən istifadə məqsədi daşıyıb.

Qeyd olunub ki, internet provayderlərinə hücumun arxasında Çinin “Salt Typhoon” haker qrupu dayanır.

tag: ABŞ ,Çin, Məlumat ,Məlumatlar ,Haker ,todaypress.az,