Çinin gəmi və təyyarələri Tayvana yaxınlaşdı
Dünya
03.11.2024 10:15
Tayvan silahlı qüvvələri bir gündə 27 təyyarə və 6 Çin Xalq Azadlıq Ordusunun (PLA) gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
TodayPress xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Departamentin məlumatına görə, 14 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, mərkəzi, cənub-qərb və cənub-şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Bundan əlavə, Çin hökumət idarələrinin üç gəmisi Tayvana yaxınlaşıb.
Buna cavab olaraq Tayvan ordusu hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə edib.
Günəş Mərd
tag: Çin ,Tayvan,Hücum,Silah,Gəmi,Qoşun,Todaypress.az,