Çinin gəmi və təyyarələri Tayvana yaxınlaşdı

Dünya

02.01.2025 09:05

Çin Xalq Azadlıq Ordusunun (AXO) 3 təyyarəsi və 7 gəmisi Tayvana yaxınlaşıb. 

TodayPress xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Bu gün saat 6:00-dan Tayvan ətrafında fəaliyyət göstərən üç PLA təyyarəsi və yeddi PLA Hərbi Dəniz Qüvvələrinin gəmisi aşkar edilib" məlumatda deyilir.

Tayvan müdafiə departamentinin məlumatına görə, PLA təyyarələri Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub. 

Nəşr qeyd edib ki, ada dövlətinin hərbi qulluqçuları müvafiq reaksiya veriblər.

Günəş Mərd

tag: Çin ,Təyyarə, Tayvan ,Müdafiə, todaypress.az,