Çinin əhalisi 2100-cü ilə qədər iki dəfə azalacaq
Dünya
12.07.2024 04:00
BMT-nin proqnozlarına görə tək
uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639
milyona düşəcək.
TodayPress xəbər verir
ki, bu barədə iyulun 11-də "Wall Street Journal" (WSJ) məlumat yayıb.
“İqtisadçılar bunu demoqrafik
dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz
körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii
olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır” nəşr qeyd edib.
Tədqiqatçılar qeyd edirlər ki,
əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.
Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dən sonra ikinci yerdədir.
tag: Çin, BMT, Proqnoz, WSJ, todaypress.az,