Çinin dəniz sularında casus cihazları aşkar edildi

Dünya

29.10.2024 11:38

1049

Çinin dəniz sularında xarici izləmə cihazları aşkar edilib. 

TodayPress xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb. 

Qeyd olunub, Çin milli təhlükəsizlik rəsmiləri Çinin dəniz fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün nəzərdə tutulmuş bir sıra xüsusi cihazları ələ keçirib. 

"Dövlət təhlükəsizlik orqanlarının işi göstərdi ki, xarici casus və kəşfiyyat xidmətləri ölkəmizin dəniz sularında kəşfiyyatı və monitorinqi gücləndirmək üçün bütün mümkün vasitələrdən istifadə edir" nazirliyin bəyanatında qeyd olunub. 

Günəş Mərd

tag: Çin, Dəniz,Monitorinq, Sular, Casus, todaypress.az,