Çinin cənubunda təbii fəlakət 47 can aldı
Dünya
21.06.2024 20:10
Çinin cənubundakı Quandun əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində 47 nəfər həyatını itirib. Milli Meteoroloji Mərkəzi cənubda bir çox ərazilər və şimalda bir neçə nöqtə üçün xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, Çinin Quandun əyalətində bazar günündən bəri yağan güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri həyatı iflic edib.
Meyçjou şəhərində sel və torpaq sürüşmələrində 47 nəfərin öldüyü bildirilib. İtkinlərin isə 38-i Pinqyuan, 9-u Meixian və Jiaolinqdə qeydə alınıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində ümumilikdə 2247 ev dağılıb, təxminən 356 kilometr yol, körpü və əkin sahələrinə böyük ziyan dəyib.
Ümumi iqtisadi itki 5,85 milyard yuan (təxminən 822 milyon ABŞ dolları) təşkil edib. Xilasetmə və yardım işləri davam edir.
Milli Meteoroloji Mərkəzi cənubda bir çox ərazilərdə eləcə də Çinin mərkəzi Henan, Anhuy və Hubei əyalətlərində, eləcə də sahilyanı Jiangsu əyalətində və cənub Quizhou əyalətində dolu və şiddətli tufanlar da gözlənildiyini açıqlayıb.
GÜNEL
tag: Çin, Torpaq sürüşməsi, Sel, Daşqın, todaypress.az,