Çinin 24 təyyarəsi və 7 gəmisi Tayvana yaxınlaşdı
Dünya
03.01.2025 09:07
Çin Xalq Azadlıq Ordusunun 7 gəmisi və 24 təyyarəsi yenidən Tayvana yaxınlaşıb.
TodayPress xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün səhər saatlarında Tayvan ətrafında fəaliyyət göstərən 24 PLA təyyarəsi və yeddi PLA Hərbi Dəniz Qüvvələrinin gəmisi aşkar edilib” məlumatda bildirilib.
Qeyd olunub ki, 18 təyyarə Tayvanın şərq, şimal, cənub-qərb və hava hücumundan müdafiə zonalarına daxil olub.
Günəş Mərd
tag: Çin ,Gəmi ,Tayvan, Qüvvə, todaypress.az,