Çinə qanunsuz qızıl ixracının qarşısı alındı
Dünya
09.08.2024 09:32
Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd idarəsinin əməkdaşları Rusiyadan Çinə 28 milyon rubl dəyərində qızılın qanunsuz ixracının qarşısını alıblar.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
FTX-nin məlumatına görə, onlar qiymətli metalı yük qatarı ilə Rusiya dövlət sərhədindən keçirməyə cəhd ediblər. Zabaikalsk dəmir yolu keçid məntəqəsində işçilər kömürlə dolu iki sarı metal bağlama aşkar ediblər. Ekspertiza göstərib ki, bağlamaların içərisində ümumi çəkisi dörd kiloqramdan çox olan qızıl olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanıb.
Töhfə Səməd
tag: Rusiya, Çin, FTX, Cinayət, Zabaikalsk, todaypress.az,