Çinə məxsus 12 təyyarə və 5 gəmi Tayvana yaxınlaşdı

Dünya

20.12.2024 14:17

Tayvan Silahlı Qüvvələri son 24 saat ərzində adaya Çinə məxsus 12 təyyarə və 5 gəminin yaxınlaşdığını qeydə alıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün səhər saat 6-ya qədər Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun 12 təyyarəsi və Hərbi Dəniz Donanmasının 5 gəmisi aşkar edilib. 5 təyyarə orta xətti keçərək cənub-qərbdə Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. Biz vəziyyəti izlədik və müvafiq qaydada cavab verdik" nazirlik bildirib.

tag: Tayvan, Silahlı, Qüvvə, Çin, todaypress.az,