Çindən Yaponiyaya xüsusi təklif

Dünya

22.04.2025 19:00

10

Çin hökuməti, Yaponiyaya ABŞ prezidenti Donald Trampın ticarət tariflərinə qarşı koordinasiyalı tədbirlər görməyi təklif edib.   

TodayPress xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. 

Çin Baş naziri Li Tsyanq, Yaponiyanın Baş naziri Şiqeru İşibaya məktub göndərərək Tokioya “Trampın proteksionizm siyasətinə” qarşı birlikdə mübarizə aparmağı təklif edib. 

Buna baxmayaraq, Yaponiya ABŞ-nin yaxın müttəfiqi olduğuna görə bu təklifi ehtiyatla qiymətləndirməyi planlaşdırır. 

Xatırladaq ki, Tramp aprelin 2-də yeni tarif sistemi tətbiq edib. Qərarla bütün ölkələr üçün 10%, Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün 20% idxal vergiləri tətbiq olunub.

Buna cavab olaraq Çin də ABŞ məhsullarına 34% rüsum tətbiq edib. 

Türkan İsgəndərli

tag: Çin,Yaponiya,Təklif,ABŞ,Todaypress.az,