Çində zəlzələ baş verdi
Çinin Yinçuan şəhərinin Yonninq qraflığında 4,8 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Pekin vaxtı ilə saat 10:01-də qeydə alınıb.
Zəlzələnin episentri 38,4 dərəcə şimal eni və 106,22 dərəcə şərq uzunluğu olan nöqtədə müşahidə olunub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Günəş Mərd
tag: Çin ,Zəlzələ, Episentr ,Ocaq ,todaypress.az,