Çində yarım milyondan çox insan korrupsiyaya görə cəzalandırıldı
Dünya
26.10.2024 14:15
Çində genişmiqyaslı antikorrupsiya tədbirləri həyata keçirilib, nəticədə 589 min insan cəzalandırılıb.
TodayPress xəbər verir ki, bu barədə Çinin İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının rəsmi saytında dərc edilmiş məlumatda yazılıb.
“2024-cü ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə intizam təftiş və nəzarət orqanlarına 2 milyon 703 min məktub və məlumat, o cümlədən 756 min şikayət daxil olub. Əlavə araşdırma aparılması üçün ümumilikdə 2972 iş prokurorluq orqanlarına göndərilib” deyə hesabatda bildirilib.
Cəzalandırılanlar arasında vilayət və nazirlik səviyyəsində 53 işçinin, 2,7 mindən çox idarə və büro əməkdaşının, 74 min nəfəri kənd və rayon səviyyəli məmurların olduğu göstərilir.
Töhfə Səməd
tag: Çin,Tədbirlər,Korrupsiya, Araşdırma, Cəza, todaypress.az,