Çində yağış 11 nəfərin ölümünə səbəb oldu
Dünya
24.08.2024 04:00
Çinin şimal-şərqindəki Huludao (Lyaonin
əyaləti) şəhərində güclü yağış ciddi fəsadlar törədib.
TodayPress xəbər verir ki, bu barədə Çin
Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, güclü yağışlar nəticəsində
11 nəfər həlak olub, daha 14 nəfər itkin düşüb.
Yollara, elektrik xətlərinə, rabitə
şəbəkələrinə, evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Təbii fəlakətdən 188
757 nəfər zərər çəkib və dəymiş ziyan 10,3 milyard yuan (təxminən 1,44 milyard
ABŞ dolları) həcmində qiymətləndirilir.
Eyni zamanda 9 magistral və 210 kənd
yolunda nəqliyyatın hərəkəti dayandırılıb, 187 körpü zədələnib.
tag: Çin, Yağış,Ekologiya,Huludao,todaypress.az,